Şou-biznes

Azərbaycanlı aktyor və aktrisa nişanlandı

31 Yanvar 2021 16:27
Baxış: 8 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor İbrahim Çingiz həmkarı aktrisa Aydan Axundova ilə nişanlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb. İbrahim Çingiz nişan mərasimindən foto paylaşaraq, qeyd edib:

"Bizi təbrik edən, səmimi qəlbdən sevinən, xoşbəxtlik arzu edən və xoş sözlər yazan insanlara ən xoş arzularımızı çatdırırıq. Çox sağ olun. Allah hər birinizi bəxtəvər etsin. Saf qəlblə sevgi axtaran hər kəsə ən gözəl sevgi qismət olsun inşallah. Neqativ, təhqir və bəd sözlər yazanlar isə elə bilin ki, hər sözü özünüzə və yaxınlarınızın ünvanına yazırsınız. Bizə bunu demək məcburiyyətində buraxdınız. Çünki aylardır dinmədən, cavab vermədən çirkin sözlərinizə göz yumduq. Çünki özünə hörmət edən insan başqasına qarşı dilinə bəd ifadələr gətirməz. Odur ki, yazdığınız hər sözü öz ünvanınıza yazmış olursunuz, həm xoş, həm də pis".

Xatırladaq ki, aktyor İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.