Şou-biznes

"Allahın işidir, ailədə dava, qısqanclıq, söz-söhbət olur"

10 Sentyabr 2020 15:14
Baxış: 3 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bizim ailədə qısqanclıq olur. Onsuz mümkün deyil. Biz azərbaycanlıyıq, müəyyən qanunlarımız var. Davaya gətirib çıxaracaq qısqanclıqlarımız olmur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov "10-da görüşək" proqramında deyib. Sənətçi ailə həyatından bəhs edib. O, həyat yoldaşı ilə aralarında qısqanclıqların yaşandığını etiraf edib:

"Həyatın axarında başına nə gələcək bilmirsən, Allahın işidir. Yaxşı düşünüb, qərar verməlisən ki, bununla evlənirsən və sona qədər yaşayacaqsan. Dava-dalaş da, söz-söhbət də, qısqanclıq da olur. Biri var ailə, biri də var yaşadıqca ailə olursan. Bu daha önəmlidir".

Qeyd edək ki, Elçin xalq yazıçısı Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Onların Can adlı bir oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.