Şou-biznes

"Oğlumun o nənəsinə ehtiyacı yoxdur" - Səidə anası ilə barışmır

13 Avqust 2020 17:24
Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İstəmirəm artıq qalmaqallı danışıb, kefimi pozum. Xoşbəxt övlad və sənətçiyəm. Hər gün atamla içimdə danışıram. Başqalarının nə dediyi əhəmiyyətsizdir. Mənim üçün anlamlı olanların fikrini dinləyirəm. Mənə atamın, qardaşımın və həyat yoldaşımın fikirləri maraqlıdır. Ata ocağından artıq çıxmış övladam. Yoldaşım hər zaman yanımdadır. Oğlumla məşğulam. Atam məni belə görmək istəyirdi".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Dadaşova "7 Canlı" proqramında deyib. Sənətçi bir müddət əvvəl anası haqda dediyi qalmaqallı fikirlərlə bağlı danışmaq istəməyib.

Atası, mərhum Xalq artisti Rafael Dadaşovdan danışan Səidə aktyorun şeirlərini nəşr etdirmək istədiyini bildirib. O, bunun üçün maddi yardıma ehtiyacı olduğunu gizlətməyib:

"Kömək edən olsa, atamın şeirlərini çap etdirmək istəyərdim. Yaxşı insanlar yəqin məni eşidər. Atamın əlyazmalarını, şeirlərini toplayıb kitab çıxarmaq istəyirəm. Mənə dəstək olsunlar. Yaxşı insanlar az deyil. Ən önəmlisi isə atamın arxasında sevgi var idi. Onu sevirdilər. Atamın şeirlərini yaşadacam".

Anası Sədaqət Dadaşova haqda sözlərə isə Dadaşova "Özüm bir anayam. Nisbitir, belə də... Oturub evində. Mənim artıq öz ailəm var, evimdə oturmuşam. Övladım, sənətimlə məşğulam. Onun ən balaca nəvəsi mənim oğlum Rafaeldir. Amma Rafaelə baxmasına ehtiyacım yoxdur. Baldızım baxır. Onu o qədər sevgi ilə əhatə ediblər ki... Gərək yoxdur o nənəsinə. Baldızım, qayınanam oğluma baxsa, daha yaxşıdır" sözlərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.