Şou-biznes

Talıb Tale: “Əl vurmayın mənə, məsafə saxlayın!” - FOTO

29 Aprel 2020 19:49
2 Şərh     Baxış: 2 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl vurmayın mənə, məsafə saxlayın!"

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Talıb Tale "Space TV"də yayımlanan "Hər Səhər" musiqili-əyləncəli şounun studiyasına daxil olan zaman aparıcılara deyib.

Sənətçi bu mövzuda fikirlərini belə davam etdirib:

"Çox qəribə haldır. Verilişə gələndə də, çıxanda da hamı mənimlə əl verib görüşür".

Karantin dövründə idman zallarının bağlı olması Talıba təsir etməyib. O, səsyazma studiyasını idman zalına çevirdiyini bildirib:

"İdman zalları bağlı olduğundan səsyazma studiyasında məşqlərimi davam etdirirəm".

T.Tale "YouTube"da baxış sayına görə rekord vurması məsələsini şərh edib:

"Gündəmə "Gecələr" mahnısı ilə gəldim. O zamanlar mahnımı dinləyənlər heç adıma belə fikir vermirdilər. Zeynəb Həsəni ilə oxuduğum mahnı "YouTube"da dörd milyondan çox baxış toplayıb. Trendə düşmək mənim üçün önəmli deyil. Trendlə də sənəti ölçmək düzgün deyil. Diqqət mərkəzində olmağı kim istəməz ki?!

Vaxt var idi "YouTube"a az sayda insan daxil olurdu. Amma indi nə olursa, hamı hər şeyi "YouTube"da izləyir. "YouTube"dakı hesabımın abunəçi sayına görə ölkədə birinciyəm. İlk dəfə məhz mənim hesabım müğənnilər arasında "YouTube" tərəfindən rəsmi olaraq təsdiqlənib. Sonradan hamı ora axın etdi. Beləcə, rəqabət də çoxaldı".

Koronavirus pandemiyası sənətçinin iyunun 30-da konsert keçirmək istəyini ürəyində qoyub: 

"Konsertim iyunun 30-na təyin olunmuşdu. Novruz bayramından sonra "Yaşıl teatr"ın səhnəsində konsertlə bağlı məşqlərə başlayacaqdım. Bütün işlər gedirdi. Amma koronavirus yayıldığından konsertlə bağlı hazırlıqlara fasilə verdim. Bütün işlərimlə özüm məşğul oluram".

Talıb proqramda mahnı oxumazdan əvvəl də maraqlı fikir səsləndirib:

"Efirdə mahnı oxumağı sevmirəm. Auditoriya olmayanda mahnı ifa edən zaman saniyələr mənə işgəncə kimi gəlir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.