Şou-biznes

“Hələ də İlhamə Quliyeva ilə gündəmə gəlirlər” - Rəşad İlyasov

6 Mart 2020 21:20
5 Şərh     Baxış: 1 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rəşad İlyasov bir çox sənət adamının hələ də özünü mərhum Xalq artisti İlhamə Quliyeva ilə gündəmə gətirməsini tənqid edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Mtv Azərbaycan"a müsahibə verən ifaçı bunları söyləyib:

"Parodiya edirlər, bu İlhamə xanımın çörəyidir. Onunla gündəmə gəlib, sevilirlərsə, o İlhamə xanımın böyük sənətkarlığının təcəssümüdür. Boş-boş, dolu-dolu danışa bilərlər, amma İlhamə xanımın yeri başqadır".

Rəşad İ.Quliyevanı Azərbaycan mətbəxinin əsas xörəyi, digərlərini isə süfrələrin məzəsi adlandırdı:

"Düşünün ki, bir dostunuzun evinə qonaq gedirsən və masada çox gözəl bir yemək var. Yeməyin kənarında məzələr də var. Onlar "qarnir"dir. Əsas isti yemək, təam, dad, duz... O başqa bir şeydir. Ola bilər, müqayisəm kimlərinsə xoşuna gəlməsin. Yəni, İlhamə xanımın sənəti əsas idi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.