Şou-biznes

Rihanna alt geyimində açıq-saçıq pozlar verdi - FOTO

1 Fevral 2020 13:09
4 Şərh     Baxış: 9 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

31 yaşlı dünya şöhrətli pop ulduz Rihanna Səudiyyə Ərəbistanından olan milyarder nişanlısı, iş adamı Həsən Cəmillə ayrıldıqdan sonra "Savage x Fenty" alt geyim brendinin yaz reklam kampaniyası üçün kamera önünə keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, brend yarandığı gündən Barbados gözəli bu markanı təbliğ edir.

Zaman-zaman Rihanna digər ulduzları da özünə cəlb edir. Ötən payızda isə "Savage x Fenty"nin siması 23 yaşlı müğənni Normani olub.

Barbados ulduzu rəngli parik taxaraq, lavanda çalarlarında romantik və olduqca seksual obraz yaradıb. Onunla birlikdə brendin reklamına çəkilən Normani isə başına güllərdən ibarət çələng taxaraq, ehtiraslı pozları ilə diqqətləri üzərinə cəmləyib.

30 saniyəlik reklam çarxında isə hər iki məşhur cazibədarlığı ilə göz qamaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.