Şou-biznes

“Tərləyirdim, pullar belimə yapışırdı” - 8 yaşında şabaş yağışına tutulan Ramal - VİDEO

25 Yanvar 2020 15:08
12 Şərh     Baxış: 2 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı müğənni Ramal İsrafilov olub.

Milli.Az bildirir ki, müğənni canlı efirdə maraqlı açıqlama verib:

"Atamla toylara bərabər gedirdik. 8 yaşım var idi, sintezator çalırdım. Sevilən ara mahnılarını toylarda ifa edirdim. Mən toya getməyəndə atam da getmirdi. Deyirdi ki, o getmirsə, mən də getmirdim. Mamam deyirdi ki, ona dəymə. O vaxt toya 50 şirvana gedirdilər, mən isə 80 şirvanla gəlirdim. 30 şirvanı gizlədib, 30-nu da verirdim ki, olanı qalanı budur. Özümə o qədər şabaş basırdılar ki... Bütün şabaşları axırda evə gəlib tökürdüm yerə. O qədər oxuyub-oynayırdım ki, tərləyirdim, hərdən belimə də yapışırdı. Bir də görürdün ki, mamam deyir dayan-dayan bir onluq qalıb onu da çıxarım".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.