Şou-biznes

"Lüt şəklini paylaşır, sonra da başlayır qeyrətdən danışmağa" - Xatun qızışdı

18 Dekabr 2019 13:29
4 Şərh     Baxış: 9 996
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Müğənnilər var ki, lüt şəklini sosial şəbəkədə paylaşır, sonra da başlayır qeyrətdən danışmağa"

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Youtube"da yayımlanan "Səmimi" layihəsində dilə gətirib.

Sənətçi efirlərdə maska altında min hoqqadan çıxan bəzi həmkarlarının çirkin əməllərindən danışıb, onların iç üzünü ortaya çıxarıb:

"Bu kimi müğənnilər danışanda deyirlər ki, "mənim heç bir kişi ilə münasibətim yoxdur". Etiraf etməsələr də, görkəmlərindən hər şey aydın görünür.

El arasında belə bir kəlmə var: "Allahı elə sev ki, sənə baxanda Allahı xatırlasınlar". Kənardan belələrinin geyiminə baxıb deyirsən ki, danışma da, qoy səni olduğunu kimi qəbul etsinlər.

Onsuz da sənin heç kimdən qorxun yoxdur. Nə atandan, nə də anandan qorxursan. Kef edirsən. Eləsi var, uşağına baxır, eləsi də var, aparıb uşaq evinə qoyur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.