Şou-biznes

Zaurun müğənniyə qarşı hərəkəti tənqid olundu - VİDEO

4 Noyabr 2019 13:44
16 Şərh     Baxış: 6 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən günlərdə aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında iki gəncin toyunu edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişə gələn qonaqlar cütlüyə hədiyyələr gətirib.

Proqrama dəvət alan müğənni Zeynəb Həsəni isə ənamının avtomobildə olduğunu söyləyib. Zaur isə "Bəlkə boynundakını verəsən" deyə, ifaçının boyunbağısını gəlinə verməyini təklif edib. Zeynəb isə onun bu təklifini geri çevirməyib.

Ancaq sosial şəbəkədə yayılan bu kadrlar birmənalı qarşılanmayıb. İzləyicilər Zauru qınayaraq, onun zorla boyunbağını aldığını bildiriblər.

"Bəlkə, kiminsə yadigarıdır, Zaur düzgün etmədi", "Özgə payından özünə dost qazanır", "Bəlkə özünün deyildi" kimi rəylər yazıblar.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.