Xəbər verdiyimiz kimi, Azərbaycan teleməkanının ən reytinqli layihələrindən olan "Maşın" realiti-şousunun 18-ci sürəti start götürüb. "M Group Production" şirkətinin layihəsi olan və xalq artisti Murad Dadaşovun təqdimatında efirə gedən şounun "Maskarad" buraxılışının 18 iştirakçısı var.
Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, bu mövsüm kimin qalib olacağı, səs-küy salacağı, şouya rəng qatacağı maraqla gözlənilir. Mövzu ilə bağlı "Maşın" realiti-şousunun 16-cı "sürəti"nin qalibi, iştirakı ilə yarışmada səs-güyə səbəb olan, gündəmi zəbt edən müğənni Roza Zərgərli yenisabah.az-a açıqlamasında deyib ki, hər 18 iştirakçının dostu olmasına baxmayaq, maşını Suna Kasımoğlunun qazanmasını istəyir:
"Bu il Murad maraqlı heyət yığıb. Tam fərqli xarakterlər, tam fərqli insanlar. Aralarında çoxsu dostluq münasibətləri olan insanlardır. Çox güman ki, onlar qruplaşma yaradacaqlar. Orada hər kəs dostumdur, hamısı ilə münasibətim var, amma işbirliyimiz olan, bərabər olduğumuz mexanik şef aşpaz Suna Kasımoğludur. İstəyirəm, maşını Suna aparsın. Görək, ya qismət!"
R. Zərgərli bu mövsümdə onun oyun strategiyasına çatan iştirakçının olmayacağını bildirib:
"Keçən dəfə Nazilə Səfərlinin oyunda yadda qaldığını desələr də, nə bu mövsümdə, nə də bizdən sonrakı mövsümlərdə düşünmürəm ki, kimsə Roza Zərgərli idealogiyası, ağlı ilə yarışa bilsin. Bunun üçün böyük təcrübə və güclü məntiq lazımdır. Təəssüf ki, oradakı qızların hamısı gəncdirlər. Düşünürəm ki, onlara çətin olacaq".
Müğənni 1 il əvvəl qazandığı maşının aqibətindən də danışıb:
"Maşının aqibəti Murad Dadaşov və "M Group Production" tərəfindən, hər halda bu şouda məlum olacaq. Maşın hələ də "M Group Production"dadır, heç kimə verilməyib. Boş-boş şayiələr yazırlar ki, satıblar filan. Yox, maşın onlardadır. İnşallah, Murad müəllim lazım olan zamanda maşını aqibətini elan edəcək".
Milli.Az