Şou-biznes

“Onların çirkin oyunlarından xəbərim var”

13 İyun 2019 12:58
0 Şərh     Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevinirəm ki, bu yaşımda sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarından... Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi İnstaqram-da status yazaraq şou-biznes üzvlərini tənqid edib:

"O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı? Bu qədər ucuz olmaq asandır? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. Hazırda nə onların çirkin oyunlarından, nə torba tikdikklərindən, nə də ki, etdiyi çirkin əməllərdən xəbərim olur.

Ümumiyyətlə sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Ha onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.