Şou-biznes

Toliki Dubay polisi tutdu - Əlindəki kadrlara görə... - FOTO

7 İyun 2019 16:35
1 Şərh     Baxış: 10 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda çəkilişlər üçün icazə almaq kifayət qədər rəsmi prosedurlar tələb edir.

Milli.Az xəbər verir ki, bunu teleaparıcı İdris Cəfərov "Hər şey daxil"də deyib.

İdrisin bu açıqlamasına verilişin aparıcısı Tarix Əliyevin (Tolik) reaksiyası maraqlı bir olayın üstünün açılmasına səbəb olub:

"O, tək Azərbaycanda yox, hər yerdə var. Mən Dubayda çəkiliş etmək istədim. Bilmədim, kamerayla getdim dayandım "Burc Khalifa"nın qabağında. Renkaya dedim oyna, çəkirəm səni.

Mən də sevinirəm. Bir də gördüm oradan polis, buradan polis gəldi, dedilər "Gedək". Yaxşı ki, rus dilində işləyən qız var idi, tərcümə etdi ki, "Mənim xəbərim yoxdur". Mənə qol çəkdirdilər ki, "Yaz ki, sən bilməmisən bura qanunlarını. Başqa yerdə də çəksən tutsalar, səni deport edəcəklər. Sistemdə artıq bu ərizən var".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.