Rusiya

Kurskda ABŞ İstehsalı olan hərbi texnika belə vuruldu - anbaan VİDEO

11 Yanvar 2025 06:33
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin "Şimal" qrupunun hərbçiləri ABŞ istehsalı olan "Bradley" piyada döyüş maşınını (PDM) Kursk vilayətinin sərhəd bölgəsində bir zərbə ilə məhv edib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus texnika yaşayış məntəqələrindən birinin kənarında aşkar edilib.

"Alınan kəşfiyyat məlumatlarının təhlilindən sonra PDM-ə atəş açılması qərarı qəbul edilib. Aşkarlanan hədəf optik lif vasitəsilə idarə olunan FPV-dronun heyəti tərəfindən tez bir zamanda sıradan çıxarılıb", - deyə açıqlamada bildirilib. (baku.ws)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.