Şou-biznes

İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı - FOTO

21 Aprel 2019 01:30
9 Şərh     Baxış: 5 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"19.04.2009 anamı-atamı çox duyğulandıran və qürurlandıran tarix... Atam qəhərlənib ağladığında anamın "Ayıbdı, nə ağlayırsan" deyər kimi atamı yavaşca dirsəyi ilə dürtməyini heç unutmuram. Mənə tökdüyü göz yaşlarıyla ən böyük xoşbəxtliyin hüzur və gözəl ailə olduğunu qəlbimə pıçıldamışdı sanki. Allah bütün ölənlərə rəhmət eləsin".

Milli.Az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova instaqramda yazıb. O, həyat yoldaşı ilə evlilik ildönümünü xatırladıb və şəkillərini paylaşıb:

"Atalar nə gözəl deyib, məcburi gözəllik olmaz. Sevgi, bağlılıq, hüzur, sevinc, istək, darıxmaq, ehtiras, dostluq, bölüşmək və hörmətin 4 mövsüm hava şərtlərinə dayanmaq gücü yoxdursa, iki könül bir olmaz. Yaxşı gündə, pis gündə, mənfəətsiz, səmimi, içdən, plansız, təmənnasız yaşadığımız hər günümüzə halal olsun, bəyim.

Bizimki mən ölənə qədər olanlardan olsun. İnşallah desinlər ki, ölənə qədər birlikdə xoşbəxt yaşadılar. 10 il bundan əvvəl toyumuza, gəlinə, bəyə, bütün şahidlərimizə, indi çox uzaqlarda olan atama, qayınatama salam olsun, gözləri arxada qalmasın, qoyub getdikləri kimiyik". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.