Şou-biznes

İki azərbaycanlı aparıcı evləndi - FOTO

10 Oktyabr 2011 17:29
0 Şərh     Baxış: 37 396
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
ANS-in əməkdaşları 25 yaşlı Cavid Osmanov və 23 yaşlı Zəhra Rüstəmova münasibətlərini rəsmiləşdirdilər. Anspress-in məlumatına görə, artıq bir neçə aydır nişanlı olan cütlük iki gün öncə VVAQ şöbəsində qeydiyyata düşüblər.

Cavid və Zəhra qanuni ər-arvad olsalar da 29 oktyabrda Cavidin oğlan toyundan sonra birlikdə yaşayacaqlar. Zəhranın qız toyu isə 1 oktyabrda Gəncədə olub.

Qeyd edək ki, Cavid Osmanov ANS ÇM-in "DJ Deyəcək", "Mıxlama" və "Nahar Vaxtı " verilişlərinin, Zəhra Rüstəmova isə ANS TV-nin "Ağıl dəryası" verilişinin arapıcılarıdırlar.

"Zəhra bundan sonra verilişində Zəhra Rüstəm-Osmanova kimi təqdim olunacaq. Əgər ipoteka ilə ev almağımız həll olunsa, toydan sonra öz evimizə gedəcəyik", - deyə Cavid Osmanov qeyd edib.

Milli.Az








Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.