Şou-biznes

Abbas Bağırov ona “pul atan” köməkçisini bağışladı

19 Fevral 2019 14:17
0 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emil Qurbanov ifadə verib.

O söyləyib ki, O.Mehrəliyev müğənni, əməkdar artist Abbas Bağırova məxsus olan qarajı ona 10 min manata satıb:

"Sənədlər Orxanın adına idi. Aramızda alqı-satqı olmadı. Pulu da elə Orxana verdim. Sonra Abbasla danışdım. Məlum oldu ki, qaraj Abbasa məxsusdur. Pulumu geri ala bilmədim, yenə də şikayətçi deyiləm".

O.Mehrəliyev deyib ki, həmin qaraj onun özünə məxsusdur:

"Emil mənə pul verməyib".

Hakim bildirib ki, A.Bağırovun məhkəməyə ərizəsi daxil olub. Müğənni ona dəymiş zərərin ödənildiyini, O.Mehrəliyevdən şikayətçi olmadığını deyib. A.Bağırov məhkəmədən xahiş edib ki, özünün iştirakı olmadan məhkəmə davam etdirilsin.

İttihama görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin, o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.