Şou-biznes

Vasif Məhərrəmlinin saçına rəng qoymasına xanım aparıcıdan REAKSİYA

13 Fevral 2019 05:30
5 Şərh     Baxış: 3 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli qonağı olduğu ""X" maqazin" verilişində maraqlı açıqlamalar verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, vizajistlik bacarığını verilişin aparıcısı Zümrüd Bədəlovanın üzərində sınayan Məhərrəmli öyrəndiyi həmkarlarının da adını açıqlayıb:

"Mən geyinməyi Ədalətdən öyrənirəm, o da məndən oxumağı. Öyrənmək ayıb şey deyil.  Toyu da baxıb öyrənmişik ki, Səməd Səmədov necə oxuyur, Cavanşir Məmmədov, rəhmətlik Məmmədbağır Bağırzadə necə toy aparır. Öyrənirsən və axırda öz məhsulunu ortaya qoyursan".

Z.Bədəlovanın "bəs hind mahnılarıyla gündəmə gələnlər kimdən öyrənirlər" sualını əməkdar artist yarızarafat cavablayıb:

"Onların əlaqələri birbaşa Bollivudladır".

V.Məhərrəmli saç əkdirdiyini və saçına rəng qoydurduğunu da etiraf edib. Aparıcının müğənninin bu açıqlamasına reaksiyası belə olub:

"Məncə, kişilərin saçı ağaranda daha xarizmatik görünürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.