Şou-biznes

“Avtomobilini əzmişdi deyə, maşınımı Elnarəyə vermədim”

11 Fevral 2019 11:24
1 Şərh     Baxış: 3 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zamiq Hüseynov ötən gün baş tutan konserti zamanı illər öncə həmkarı Elnarə Xəlilova ilə yaşadığı olaydan bəhs edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, sənətçinin yeni nişanlı olduğu vaxt avtomobil qəzası keçirdiyi zamanlardan söhbət açıb.

"Biz Elnarə ilə veriliş aparırdıq. O da ağır qəza keçirmişdi. Gözləri isə çox zəif idi. Verilişdən çıxmadan öncə mənə dedi ki, maşınınla məni istədiyim ünvana düşürərsən? Mən də "əlbəttə" deyə, cavab verdim. Daha sonra "Olar ki, maşını mən sürüm" deyə, sual verdi. Mən də ilk öncə tərəddüd etdim, amma razı oldum. Daha sonra Elnarə "Olar ki, maşını mənə verəsən, özüm sürüb gedəm?" dedi. Mən də "Elnarə, maşın sənə qurbandır" dedim.

Maşınımı təzə almışdım, Elnarə də bir neçə gün öncə qəza etmişdi. Ona avtomobilimi əmanət etməyə qorxurdum. Bilmədim, nə edim. Çölə çıxıb, köməkçimi yığdım.

Ona dedim ki, "Elnarə məndən maşınımı istəyir. 2-3 gün bundan qabaq qəza edib. Bunu istəmək üçün gərək adamda üz olsun. Sən 15 dəqiqə sonra məni yığ, de ki, çox vacib işimiz var. Mən də tez çıxım, gəlim. Maşını Elnarəyə verməyim". Sonra içəri keçdim. Studiyada tamaşaçılar da var idi. Elnarə qayıdıb mənə dedi ki, Zamiq harasa tələsmirsən ki? Mən də ona "Yox, Elnarə" dedim. Elə bu zaman studiyadan gülüş səsləri qopdu. Sən demə, mikrofonum açıq qalıb, mən nə danışmışamsa studiyada Elnarə ilə bərabər hamı eşidib. Utandığımdan bir ay verilişin çəkilişinə getmədim" deyə, Zamiq söyləyib.

Onun bu hadisəni danışması gələn qonaqların gülüşünə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.