Şou-biznes

"Eurovison" qalibi Eldardan YENİLİK - "Sevdiyi insandan ayrıldıqdan sonra..." - VİDEO

10 Fevral 2019 14:29
0 Şərh     Baxış: 2 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış müğənnisi, "Eurovison" qalibi Eldar Qasımov yeni mahnı ilə dinləyicilərini sevindirəcək. 

Milli.Az bildirir ki, E.Qasımovun news24.az-a verdiyi məlumata görə, o, İsveç müəllifləri Johan Jamtberk və Mikael Gunnerasla birgə hazırlanan "Rising up" mahnısını hazırlayıb. Mahnı sevdiyin insandan ayrıldıqdan sonra həyatına yenidən necə nəzarət edə bilərsən mövzusuna həsr olunub.

Mahnı müasir pop stilindədir və bəstəni ərsəyə gətirən komanda mahnının hər kəs tərəfindən bəyəniləcəyinə ümid edir. E.Qasımov yeni işini şərh edərkən bunları deyib: 

"Bu mahnı ayrılıqlar zamanı başını divara vuran, yastığı başına qoyub hönkürtü ilə ağlayan, bu vəziyyətdə özünü sınmış kimi göstərənlərin xoşuna gəlməyəcək. "Rising up" sevdiyi insandan ayrıldıqdan sonra özündə güc tapıb həyatını yenidən qurmağı və yeni hisslərə yol açmağı bacaranlar üçündur. Ümid edirəm ki, yeni "Rising up" mahnısı hər birinizin xoşuna gələcək və sevə-sevə dinləyəcəksiniz". 

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.