Şou-biznes

Rəqsanənin əkizləri doğuldu

12 Oktyabr 2018 12:05
22 Şərh     Baxış: 10 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova yenidən ana olub. 

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a sənətçinin mətbuat katibi deyib. Əkizləri dünyaya gələn Rəqsanənin sözlərini olduğu kimi təqdim edirik:

"Çox çətin bir dönəm oldu. Düzdür, mətbuatda ana olmağımla bağlı xəbər yayılmışdı. Amma həmin zaman ana olmamışdım. Hazırda ana oldum. Allahıma şükür edirəm və hər kəsə valideyn olmağı arzu edirəm. 

Sadəcə, uşaqlar üç ay tez doğuldu. Hazırda əkizlər şüşə altında saxlanılır. İki ay bu cür davam edəcək. 

Reanimasiyadan yeni çıxmışam. Həyat yoldaşım bu haqda çox danışmağımı istəmir. İnşallah, bir az özümə gəlim işlərimə qayıdacam".
 
Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.