ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı meyxanaçı Vasif Əzimov və müğənni Zeynəb Həsəni olub.
Milli.Az xəbər verir ki, qəzadan sonra ilk dəfə efirdən tamaşaçıları salamlayan müğənni sağlıq durumundan danışıb:
"Mən bir az kənara çəkildim. Bir ara özümə qapandım. Heç bir yerə müsahibə də verə bilmədim, efirə də çıxa bilmədim. Sonra gördüm ki, ruhən çox passivləşdim. Şok keçirdim, yeriyə bilmədim, ağrı-acı... İndi bir az ağsaqlıq qalıb".
Qeyd edək ki, müğənni Zeynəb Həsəni və həmkarı Türkan Vəlizadə 2 iyun gecə saatlarında avtomobil qəzasına düşümüşdü.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: