Şou-biznes

Ceceli bu dəfə İntizara görə məhkəməyə getdi

19 İyul 2018 20:12
2 Şərh     Baxış: 2 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş həyat yoldaşı Sinem Gedik ilə İntizar arasındakı münasibətə görə uşağını anasından almaq üçün məhkəməyə müraciət edən Mustafa Cecelidən yeni xəbər var. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni İntizarın açıqlamasından sonra yenidən məhkəməyə müraciət edib. O, İntizardan qorunma tələbi irəli sürüb. 

Müğənnini haqlı bilən İstanbul Ailə Məhkəməsi İntizarın 2 ay müddətində Mustafaya yaxınlaşmasına, vasitəçilərlə olsa belə onu narahat etməsinə, təhqir, təhdid dolu açıqlamalar verməməsinə qərar verib. 

İstanbul 9 Ailə Məhkəməsi Mustafa Ceceli ilə Sinem Gedikin 7 yaşındakı oğlu Arın Cecelinin mənfəətinin qorunması üçün Sülh Hüquq Məhkəməsinə müraciət edərək, uşağa qəyyumluq tələbini irəli sürüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.