Şou-biznes

"Maşın"ın ilk final gecəsində problem yaşandı - VİDEO - FOTO

13 İyun 2018 08:18
9 Şərh     Baxış: 15 829

"Maşın 16"ın ilk final gecəsi baş tutub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şou bu günə kimi bir çox maraqlı, gərgin, qalmaqallı hadisələri ilə yadda qalıb.

"Xanımlar və Cənablar-2" devizi altında davam edən oyunda finala müğənni Roza Zərgərli, blogger Hüseyn Əzizoğlu və reper Uran qalıb.

Qaydalara əsasən, əlini ilk götürən uduzmuş, son götürən qalib hesab olunacaq. Bundan başqa, bu gündən etibarən iştirakçılar iki saat əlini dəyişməyəcəklər.

Dünən iştirakçılara dəstək olmaq üçün bir çox müğənnilər də verilişə dəvət alıblar. Lakin yaranmış texniki problemlər üzündən 40 dəqiqəyə yaxın verilişin yayımında fasilə yaranıb, əvəzində reklamlar gedib. Ona görə yalnız müğənni Ceyhun Əliyev musiqisini təqdim edə bilib. 

Bununla bağlı "Maşın"ın İnstaqram rəsmi səhifəsində Murad Dadaşovun video-müraciəti yayılıb.

O bildirib ki, yaranmış texniki problemlərə görə verilişdə kəsilmə baş verib.

Xatırladaq ki, oyuna mübarizə aparmaq üçün aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı qatılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Dilek❤ · 13 İyun 08:4761

    men bezdim bes siz?

    Cavab yaz
    • Anonim
      Ebru ❤️ · 13 İyun 10:3051

      Sen tek deyilsen ay gözel qız ☺️❤️:))bezener çoxdu en başdada men:))sabahın xeyir olsun necesen kefin ehvalın necedi ❤️İm gül balaların necediler?öp men evezden.☺️❤️❤️❤️❤️

      Cavab yaz
  • Anonim
    MURAD · 13 İyun 09:1521

    MAŞIN ŞOUDA MURAD DADAŞOVUN ÇIXDIĞI YERİN ALT HİSSƏSİNİN IŞIQLANDIRMASI ERMƏNİ BAYRAĞINA OXŞAYIR BU HAQDA MARAQLANA BİLƏRSİZ NARAHAT OLDUM VETANDAŞ KİMİ

    Cavab yaz
  • Anonim
    Ebru ❤️ · 13 İyun 09:2181

    Bu verliş bitsiydi,day bu xeberlerden,canımız qurtarardı,bezdik day,bu menasaız xeberlerden!!

    Cavab yaz
    • Anonim
      ferhat · 13 İyun 11:0927

      səndən mənasız deyil

      Cavab yaz
      • Anonim
        Ebru ❤️ · 13 İyun 11:3552

        Ele burdada senen menasız şerhçi yoxdu bilesen!

        Cavab yaz
  • Anonim
    @@ · 13 İyun 09:2282

    cehennemeki/hec baxmiram/uc arvada niye baximki?

    Cavab yaz
  • Anonim
    Fidan · 13 İyun 11:0222

    Kime baxasan ucude eyni tipli adamdir,,hec birinnen xosum gelmir bir adam ki xalqin aldada ses yiga basqasin cixarda ,ne desen gozlemek olar bunlardan

    Cavab yaz
  • Anonim
    INAD · 13 İyun 11:2521

    Ruslarda bir ДОМ-2 var......

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.