Şou-biznes

"Röyanın konsertində dicey olublar" - Roza əkizlərdən danışdı

18 May 2018 17:29
4 Şərh     Baxış: 5 754

Müğənni Roza Zərgərli illər əvvəl birlikdə çalışdığı əkizlər Sevil və Sevinc Səfərova haqda qalmaqallı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xüsusi layihə"də bacılarla arasında baş verən küsülülüyün səbəbini açıqlayıb:

"S-twins" qrupunun həm sponsoru, həm direktoru, həm prodüseri, həm də meneceri idim. İllər əvvəl Röyanın konsertində dicey kimi səhnəyə çıxıblar. Onları bu hadisədən xəbərim olmadan yanıma götürdüm. Tələ qurulmuşdu, onları dövlət tədbirində gördüm. Həmin vaxt səhər efirlərindən birinə məni dəvət etdilər, çox yorğun idim. Öz yerimə bu qızları təklif etdim. Veriliş imtina etdi ki, özünüz də olun. Ondan 4 ay sonra qızları layihə kimi götürdüm. Çünki mən əkiz olmuşam, bacım dünyasını dəyişib. Onun xatirəsinə əkizləri götürdüm. O vaxt toylara getmirdim. 10 min manata toy deyilirdi, yerimə 3-4 minə bunları göndərirdim. Ancaq da mənim repertuarımı oxuyurdular. Əziz bacımın xatirəsinə görə onlara dəstək durdum. Əkizlərin gəlib qızlarına görə məndən xahiş edən anası onlara tərbiyə verməyib. 

Aramızdan qara pişik keçməyib. Yanvarda gəldilər dedilər ki, gedirik, sizlə işləmək istəmirik. Soruşdum ki, niyə? Cavab verdilər ki, siz bizi çox sıxırsınız, saat 11-dən sonra dostlarımızla otura bilmirik.

Bu söhbət burada da bağlansın, heç vaxt danışmayacam. Mənə bu haqda sual da verilməsin".

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Jalə · 18 May 17:3742

    Roza təmiz" kediciyə" dönüb

    Cavab yaz
    • Anonim
      xanim · 18 May 17:4711

      hə demə ey

      Cavab yaz
  • Anonim
    ANGEL · 18 May 17:4920

    DJ YAZİLİR MEN BİLEN DİCEY YOX)))))

    Cavab yaz
  • Anonim
    Edine · 18 May 22:5520

    Day bunnan artig ne deyessenn ay roza

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.