Şou-biznes

Aşıq Namiq məhkəmədə ifadə verdi: "39 min 500 manat pulumu tələb edirəm"

14 Fevral 2018 15:45
9 Şərh     Baxış: 3 042

Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilmədiklərini söyləyib. 

Milli.Az-ın report-a istinadən xəbərinə görə, prosesdə zərərçəkmiş qismində Habil Hənifəyev ifadə verib. O, R.Babayevi tanıdığını, E.Hüseynovu isə onun yanında gördüyünü deyib: "2014-cü ildə Rəşad mənə şirkətin satışda kompüterinin olduğunu dedi. Mən də Namiqə zəng edib, bu barədə söylədim. Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi".

H.Hənifəyev R.Babayevə kompüter biznesi ilə bağlı 53 min 500 manat pul verdiyini ifadə edib: "Həmin puldan 13 min 500 manat pul qaytarıb. Bu da biznesdən gələn gəlirdi. Onda 40 min manat pulum qalıb. Rəşad Babayev Müdafiə Nazirliyində çalışan Qorxmaz Qarayevin adından istifadə edirdi. İşlə bağlı Rəşadla telefonda yazışmalarımız da olub".

Digər zərərçəkmiş Aqil Məmmədov dindirilən zaman qohumu Habil Hənifəyevin kompüter biznesi ilə məşğul olduğunu deyib: "2015-ci ildə onları bir yerdə gördüm. Habil iş barədə danışdı. Rəşada ümumilikdə 70 min 550 manat pul verdim".

Hakim digər zərərçəkmiş Aşıq Namiq Hüseynovu xəbərdarlıq edib. Bildirib ki, zərərçəkmiş şəxş ifadə verən zaman heç kəs yerindən danışmalı deyil.

Daha sonra Aşıq Namiq ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini söyləyib: "Pulu kompüter biznesi ilə bağlı vermişəm. Onlardan bir qismini qaytarıb və 39 min 500 manat pulumu tələb edirəm".

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Dünən Rəşadın qardaşı Zaur Babayev zəng vurmuşdu. Onunla görüşdə dedi ki, "ziyanı qaytaracağıq, istəmirik Rəşad tutulsun, siz də ərizəni geri götürün". Hətta ilkin olaraq, o, 5 min manat qaytaracaqlarını bildirdi. Görüş zamanı Habil və Adil də mənlə bir yerdə idi. Zaur Habillə Adilin də şikayətlərini geri götürmələrini istədi".

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Elnur Memmedl · 15 Fevral 10:5520

    Salam )))) Bir sozle yalanci tamahgiri aldadib.Belede halaldi yimiyenin pulu yiyeller eceb edib aqlin var vermezdin.

    Cavab yaz
    • Anonim
      baku · 15 Fevral 12:2220

      ))))) ela yazmisiz.

      Cavab yaz
    • Anonim
      KImdi · 15 Fevral 12:3910

      Duzdu

      Cavab yaz
    • Anonim
      Sahin · 15 Fevral 14:2310

      Yaman yazmisan qaqa ))))

      Cavab yaz
  • Anonim
    Men · 15 Fevral 12:3610

    O qeder pullari hardandi eee bularin

    Cavab yaz
    • Anonim
      Qaqas · 15 Fevral 14:2310

      Neca yani hardandi

      Cavab yaz
    • Anonim
      Elbey · 15 Fevral 14:2410

      bela baxanda halal pula oxsayir ))

      Cavab yaz
  • Anonim
    T · 15 Fevral 12:3810

    ))))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.