Şou-biznes

Əli Mirəliyev verilişdəki davadan danışdı: Mikrofonu tullayıb getdi

23 Sentyabr 2017 21:22
3 Şərh     Baxış: 9 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün ARB telekanalında yayımlanan "Səhər səhər" verilişində yaranan qalmaqalla bağlı verilişin aparıcısı müğənni Əli Mirəliyev Yeniçag.az-a açıqlama verib.

Milli.Az yeniçag.az-a istinadən bildirir ki, Ə. Mirəliyev baş verənləri təsdiqləyib:

"Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli ilə Elgiz Əkbər arasında mübahisə yarandı. Günah da Vasifdə idi. Deyim də hadisə necə olub. Verilişdə qonaq olan istedadlı bir uşaq mahnı oxudu. Bu, Vasifin xoşuna gəlmədi. O, uşağın oxumağına etiraz etdi və mikrafonu çıxarıb tulladı. Dedi ki, niyə bu uşağı istismar edirsiniz, onun hələ toylarda, tədbirlərdə oxuyan vaxtı deyil. Elgiz də buna etiraz etsə də Vasif studiyanı tərk etdi".

Ə.Mirəliyev Elgizin işdən uzaqlaşdırılması ilə bağlı bunları dedi:

"Qaldı ki, rəhbərliyin verilişdən sonra toplantı keçirib, Elgizi "Səhər səhər" verilişindən uzaqlaşdırmasına, bu barədə heç nə deyə bilmərəm. Birinci gün hər şey bilinəcək".

Xatırladaq ki, ARB telekanalında yayımlanan "Səhər səhər" verilişinin aparıcısı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.