15:06
APA-nın məlumatına görə, açılış mərasimi ilə əlaqədar otelin həyətində konsert proqramı təşkil olunub. Çoxsaylı qonaqların təşrif buyurduğu açılışda tanınmış simalar da iştirak ediblər.
Konsert proqramını tanınmış aparıcı və şoumen Murad Dadaşov aparıb. Konsertdə Azərbaycanı indiyədək mötəbər "Eurovision" yarışmasında təmsil etmiş sənətçilər ilk dəfə olaraq eyni səhnəni bölüşüblər. Əvvəlcə səhnəyə "Eurovision-2008" mahnı müsabiqəsində Azərbaycan təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə çıxıb, onlar "Day after day" mahnısını ifa ediblər. Elnur və Samirin çıxışı əvvəlcədən nəzərdə tutulmadığından onların ifası sürpriz kimi qarşılanıb. Daha sonra 2010-cu ildə Azərbaycanı sözügedən müsabiqədə təmsil edən Səfurə Əlizadə rəqs qrupunun müşayiəti ilə "Drip drop" və digər iki mahnısını ifa edib.
Müsabiqədə Azərbaycana üçüncülük gətirən Aysel Teymurzadə səhnəyə də üçüncü çıxıb. Aysel "Always"lə yanaşı, "Falling" və bu yayın hiti olan "Tonight"ı ifa edib. Aysel tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, otelin açılışı münasibətilə hamını təbrik edib.
"Eurovision" müsabiqəsində Azərbaycana qələbə sevinci yaşadan Eldar Qasımov və Nigar Camal isə mərasimdə bütün Avropada dillər əzbərinə çevrilmiş "Running Scared" mahnısını ifa ediblər. Hər bir "Eurovision" təmsilçimizin ifası zamanı müsabiqə zamanı istifadə olunmuş səhnə effektləri nümayiş etdirilib.
Sonuncu ifaçı olaraq isə səhnəyə Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov çıxıb. Emin səhnədə öz musiqiçiləri və bek-vokalçıları ilə çıxış edib. Emin həyatında ən önəmli insan kimi atasının adını çəkib, Araz Ağalarova sonsuz hörmət bəslədiyini deyib. Həyatında növbəti önəmli şəxs kimi isə o, dahi sənətkar Müslüm Maqomayevin adını çəkib, ifa etdiyi "My way" mahnısını ustadına həsr edib. Emin Ağalarov "Eurovision" iştirakçılarına da təşəkkür bildirib, Eldar və Nigarı qələbə münasibəti ilə bir daha təbrik edib: "Bu müsabiqədə Azərbaycan hər zaman seçilib. Bu gün siz bu səhnədə onların hər birini izlədiniz. Qalibiyyət isə möhtəşəm idi. Eldar və Nigara bu sevinci bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirəm. Ən sevindirici hal odur ki, Azərbaycan gələn il bu müsabiqəyə ev sahibliyi edəcək. Hər şeyin möhtəşəm olacağına əminəm. Çünki Azərbaycan möhtəşəmlər diyardır".
Emin Ağalarov konsertdə daha bir neçə mahnı ifa edib, tamaşaçıların istəklərini də yerinə yetirib.
Bir saata yaxın səhnədə olan Emin, çıxışının sonunda yenə də Müslüm Maqomayevi xatırlayıb. O, konsertə sənətkarın ifasında "Ey əziz anam Azərbaycan" mahnısı ilə yekun vurub. Müslüm Maqomayevin ifası altında isə otelin açılışı münasibətilə möhtəşəm atəşfəşanlıq olub.
Mərasim daha sonra diskoteka ilə davam etdirilib. Tədbiri işıqlandırmaq üçün isə dəvət olunmuş media mənsublarına işləmək üçün lazımi şərait yaradılıb.
Sonda Murad Dadaşov bildirib ki, yeni butik otel iyulun 10-dan müştərilərin xidmətində olacaq.
Milli.Az
----------
15:17
Foto: Trend Life, Day.Az
Şou-biznes
EMIN "Sea Breeze Resort"un açılışında "Eurovision" ulduzları ilə birlikdə konsertlə çıxış etdi - YENİLƏNİB-FOTO
10 İyul 2011 15:17
Baxış: 1 351
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Ermənistanla sərhəddə yeni dirəklər yerləşdiriləcək
- Yanğın nəticəsində evlərə ziyan dəyib - İcra başçısı
- Bu evlərə “kupça” verilməyəcək - Yeni qərar
- Ən uzunömürlü bürclər onlardır
- Hamiləlikdən sonra ilk dəfə görüntüləndi - FOTO
- Xanımından Mark Zukerberqə qeyri-adi hədiyyə - FOTOlar
- 35 ildən sonra yenidən bunu etdi - FOTOlar
- 61 yaşlı aktrisa dekolteli libası ilə diqqət çəkdi - FOTO
- Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
- Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
- Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər