Şou-biznes

Nadir: "Cinsiyyəti bəlli olmayanlar..."

17 İyun 2017 12:12
42 Şərh     Baxış: 6 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şou-biznesdə dostluq yoxdur. Kiminləsə dostluq etsən, ona sirrini açıqlayacaqsan. Günlər, aylar keçər sözün çəpləşsə, dediyin sirri başına vurar. Birdə gözünü açacaqsan ki, dediklərin internet portallarında yazılır. Tək şou-biznesdə yox, elə həyatda da dost seçmək çətindir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "100-dən 1-i" verilişində deyib. 

İfaçı bir vaxtlar küsülü olduğu xalq artisti Faiq Ağayevdən söz açıb:

"Onunla qalmaqalımız düşünülmüş deyildi. Bir dəfə mənə sual verdilər ki, "Şou-biznesdə kimin sənə quyu qazmasını gözləyərsən". Cavabımda "Faiq Ağayev" dedim. Hər zaman güclü insanları özümə rəqib görürəm".

N.Qafarzadə sosial şəbəkədə ona "Kimsən ey... Bütün günü ağlayırdın. İndi pul görmüsən" yazanlara cavab verib:
 
"Əldə etdiyim uğurları çoxunun gözü götürmür. Mən Nadir olana qədər nə əziyyətlər çəkmişəm. Gəlib onlar da ağlasınlar, mənim kimi olsunlar. Otururlar evdə, cinsiyyəti bəlli olmayanlar ağızlarına gələni yazırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.