Şou-biznes

"1 milyon versə də, Damla ilə duet oxumaram" - Elnar Xəlilov - VİDEO - FOTO

17 May 2017 15:20
15 Şərh     Baxış: 4 352

Damla pulu verəndə qəbullanıb ki, mənim sayəmdə tanınacaq.

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Elnar Xəlilov maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, bir vaxtlar "Dostumu sevdim" mahnısı ilə bir araya gələn Elnar Xəlilov və Damla indi düşmən mövqeyindədir. Bu haqda danışan müğənni bunları dilə gətirdi:

"Damla xanıma sual verirlər ki, sizə həyatda uğur gətirən hansı mahnılar var? "Dostumu sevdim"in adı yoxdur orada. Tamaşaçı deyir ki, siz Elnarın bəstəsi ilə tanındınız. Cavab verir ki, yox, biz, sadəcə, duet oxuduq. Məntiqsizlik burdadır ki, o adam artıq pulu verəndə qəbullanıb ki, mən Elnarın sayəsində tanınacam".

Elnar duetlərindən sonra Damlanın məşhurlaşmasına paxıllıq edib-etməməsi haqda da açıqlama verib:

"Əslində, yaxşı paxıllıq hər kəsdə var. Ancaq Damla mənim sferamda paxıllıq edəcəyim kadr deyil. Mən Teymur Əmrahın, Azər Zeynallının paxıllığını çəkə bilərəm. Söhbət yaxşı paxıllıqdan gedir. Biz otursaq, musiqidən danışsaq, mən sekvensiya deyəcəm, o deyəcək, nə? Mən deyəcəm, Şastokoviç. Damla deyəcək ki, o kimdir? Bu gün notu gətirəcəksiniz. Düzdür, mən pianist deyiləm. Ancaq maksimum 15 dəqiqə həmin əsəri götürüb ifa edəcəm. Gətirim hansısa əsəri Damla xanımın qarşısına qoyum. İllərlə çalışsa da, onu bilməyəcək".

Damlanın qonaq olduğu verilişə gəlməkdən birmənalı şəkildə imtina edən Elnar həqiqətləri bir-bir gün üzünə çıxarıb:

"Aparıcı sual verir, Damla xanım, sizə həyatda uğur qazandıran mahnıların adını deyə bilərsinizmi? O, bütün mahnılarının adını sadalayır, ancaq nə "O mənəm", nə də "Dostumu sevdim"in adını çəkir. Verilişdən sonra mənə zəng edib deyir ki, Elnar, bilirəm sənə deyəcəklər. Yəqin verilişə baxmamısan. Tural Bayraməliyev tapşırmışdı ki, məndən başqa heç bir bəstəkarın adını çəkmə. Qalmaqal olmasın deyə dedim eybi yox. Canın sağ olsun. Əsas səni efirə kim çıxarır, onlara yaltaqlan. Bir düşünün, indi əvvəlki Damla var, ya yox. Əvvəl Binədən adi paltar geyinirdi. Düşünürdü ki, təki efirdə görünüm. İndi o cür görürsünüzmü Damlanı verilişlərdə? Bu, inkişafdır, onu alqışlayıram".

Bütün olanlardan sonra Damla ilə yenidən bir duet ortaya çıxarmaq haqda düşünmədiyini dilə gətirib:

"Bundan sonra 1 milyon da versə, onunla duet etmərəm. Bəlkə, maddiyyata görə deyərəm ki, şərini, xatasını məndən uzaq eləsin, oxusun. Nəticədə mən bir bəstəkar, söz yazarıyam. Sənətçilər üçün bəstəliyərəm. Məndə eqo heç vaxt olmayıb".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Zehra · 17 May 15:3445

    Hec birinizide tanimiram.Savadsiz," oxuyanlar"!

    Cavab yaz
  • Anonim
    MiruMir · 17 May 15:4460

    Elnarin ifasini cox beyenirem amma bir qadin haqqinda bele seyler danismagi xosuma gelmedi. Kişiye yarasmir.Damlanin da adini cox esitmisem amma hele 1 dene mahnisini da dinlememisem. Her neyse. 2sine de ugurlar ...

    Cavab yaz
  • Anonim
    Sebr · 17 May 15:4450

    Vayy vayy kişiyə.qeybət yaraşmaz!!Binədən geyinirdi nə bilim nə. Siz güya təzə başlayanda hardan geyinirdiniz ki?!Ən azından xanım haqqında danışırsız ayıbdı Vallah..Mən Damlanı o mahnılarla tanımamışam..

    Cavab yaz
  • Anonim
    bakili · 17 May 15:4552

    Damlaya bir soz demeyin ato qarwinizda perviz bulbuleni gorersiz

    Cavab yaz
  • Anonim
    Gunka · 17 May 15:5023

    Hec birinin sesi yoxdu vallah niye 1 milyonua gore dalawirsiz)))))

    Cavab yaz
  • Anonim
    Fidan · 17 May 16:1444

    Damlani cox beyenirem super sesi var

    Cavab yaz
  • Anonim
    xxx · 17 May 16:1710

    Qalmaqal olmasın deyə eybi yox deyən belə olur ay Elnar

    Cavab yaz
  • Anonim
    1. · 17 May 16:2232

    Nə əsərdən danışır ey bu, camaat əsər maraqlı deyil, başqa tərz camaatın zövqünü oxşayır. Müğənninin musiqinin dərinliklərini bilməsi vacib deyil, babat səsi oldu, ən əsasıda qulağa xoş gələn musiqi oldu vəssalam. Çox dərinliklərə getmək lazım deyil, sən bildiyini bilirsən lap yaxşı, bunlar sevilməkdə və məşhurlaşmaqda rol oynamır.

    Cavab yaz
  • Anonim
    x · 17 May 16:2940

    evdekilərə salam verlişində uğur getirən mahnın adın o mənəm demişdidəə niyə gedirsən yazığ qızın ustunə

    Cavab yaz
  • Anonim
    Moskva RTSSDK · 17 May 16:4700

    Bakiliya.Точно)))

    Cavab yaz
  • Anonim
    Moskva RTSSDK · 17 May 16:4812

    Bu Damla oxuyanda nenem demiw hawa uzumuzden))) elebil aglawmadi.

    Cavab yaz
  • Anonim
    Tamaşaçı · 17 May 17:4030

    Hamıya salamlar Elnarın səsi yaxşıdı , damlada yaxşıdı sadəcə çox ağlaşma edir Ama doğurdanda Damlanın tanınmağında bu mahnıların böyük rolu Gərək kimlərinsə əziyətin itirməyəsəndə

    Cavab yaz
  • Anonim
    A · 17 May 20:4310

    Elnar nece de mugenni Ramala benzedi

    Cavab yaz
    • Anonim
      Leyla · 18 May 00:0500

      Butun bunlari Elnar paxilliqdan daniwir Damla Tural Bayramovun adini cekmeseydi Elnarin adini mahnilarini desaydi indi Damlanin terifini qaldirmiwdi goylere.onda detaceydi damla bineden yox paltarlarini xaricden getizdirir.Elnar guya hardan geyinir ki paltarlarinin hamisi MEMI den alunib ela bil.

      Cavab yaz
  • Anonim
    Fidan · 18 May 11:4500

    Bir million nedi 3 min verseler qaca qaca oxuyarsan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.