Şou-biznes

Həmkarları Vəfaya haqq qazandırdı - VİDEO

21 Aprel 2017 11:16
3 Şərh     Baxış: 2 694

Milli.Az bildirir ki, teleqraf.com əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalovanın Tarkovskini, Stanislavskini tanımaması ilə bağlı həmkarlarından münasibət öyrənib. Cavabları təqdim edirik:

Xalq artisti Rasim Balayev:

"Nə olacaq ki? Bilmir, öyrənər də. Vəfanın hələ nə yaşı var..."

Xalq artisti Firəngiz Mütəllimova:

"İnsan sual-cavab zamanı bildiyini belə unudur. Məsələn, mən evdə intellektual verilişləri izləyəndə sualları cavablandırıram. Amma həmin zaman efirdə olsam, bəlkə də çaşa bilərəm. Vəfa neçə ildir teatrda işləyir və savadsız xanım deyil".

Əməkdar artist Mehriban Xanlarova:

"Həmin dəqiqə ola bilər ki, Vəfanın beynində başqa fikirlər olub, suallara cavab verə bilməyib. Bu, o demək deyil sualların cavabını bilmir. İndi məndən hansısa sualı soruşsanız bilməyəcəyəm, çünki hazırda beynim işləmir. Biz biri yıxılanda baltalamağa çalışırıq. İnanmıram Vəfa xanım onları bilməsin. Bilməsə belə, bu kimi hallar hər bir insanda olur. Çünki hərdən yaxınlarımızın belə adını unuduruq. Nə isə qlobal məsələ olub? Dünya dağıldı? Olub olub da".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Vəfa Zeynalova 10 sualdan heç birinə cavab verə bilmədi:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    NAZIM · 21 Aprel 12:0822

    Yeqin ozleride savadsizdilar ona gorede teref saxlayirlar. Rasim Balayevi cixmaq werti ile

    Cavab yaz
  • Anonim
    Gunka · 21 Aprel 14:5610

    Ucude illerin senetkaridi niye tek Rasim Balayevi deyirsiz.vefa xanimda savadsiz qadin deyil.Indi kime ixtisasi uzre bir sual versen cawar hec bilmezde o demek deyilki savadsizdi.duzdu biz yixilani baltalamagi bilirik ele

    Cavab yaz
  • Anonim
    Daqli · 23 Aprel 23:0700

    Mehriban xanim yekdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.