Şou-biznes

Vüsalə Əlizadə üçün özəl gün

10 Fevral 2017 10:57
22 Şərh     Baxış: 9 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün aparıcı Vüsalə Əlizadənin qızının ad günüdür.

Axşam.az xəbər verir ki, aparıcının övladı Diləyin 5 yaşı tamam olur. 

Təəssüratlarını bölüşən V.Əlizadə qızını belə təbrik edib:

"Bu gün mənim özəl günümdür. Allahın mənə "analıq" statusunu verdiyi gündür... Canıma can gəldiyi gündür... Göz nurum, ciyərparəm, gedib-gələn nəfəsim, Allahım məni sənin yanında əyməsin, səni mənə çox görməsin. Səni mənim kimi çətin sınaqlarla imtahana çəkməsin.

Hər bir qadının diləyi olur, mənim diləyim sən idin. Tanrım dərgahına açdığım əllərimi boş qaytarmadı. Çox şükür bu günümə. 5 ildir həyatımın dadı, duzu, yaşama səbəbi var, o da sənsən, Diləyim. Şükürlər olsun, 5 yaşın mübarək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.