Şou-biznes

Elxan Şirinov: "Mən xəstələnəndə yanımda olmadı" - VİDEO - FOTO

10 Yanvar 2017 16:16
31 Şərh     Baxış: 10 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan müğənni Elxan Şirinov eksklüziv açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sevilən ifaçı xəstəliyi və Cabbar Musayevdən niyə incidiyi haqda danışıb: 

"Maksimalist insanlar xoşu gəlməyəndə üz döndərib, çıxıb gedirlər. O da onlardan biridir. Əgər bir adama sən ürəyini çıxardıb verirsənsə, o, ona sahib çıxmalıdır. Mən elə bilirdim ki, mən xəstələnəndə Cabbar mənim yanımdan əksik olmayacaq. O, nələr etdiyimi çox yaxşı bilir. Özü də etiraf edib. Mən yenidən oxumaq istəmirdim. İlahi qismət elədi və mən əvvəlkindən də populyar oldum. İnsanlar mənim xəstəliyimlə, sənətimlə maraqlanmağa başladı. Amma o insanların içərisində dostlarımı da axtarırdım.

Mənim öz günahımdır ki, mənim ürəyimdən keçən şeyləri onlar mənə vermədilər. Heç nəyi ummayan bir insan idim, amma o ərəfədə diqqət umurdum. 50 ildə ilk dəfədir ki, bu səpkidə söhbət edirəm. Gərək dost seçəndə hərtərəfli düşünəsən. Mən onlardan küsmürəm. Sadəcə, üz çevirib çıxıb gedirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elxan Şirinovdan Cabbar Musayevə:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.