Şou-biznes

Aygün Röyanın yolunu gedir

27 Dekabr 2016 22:59
39 Şərh     Baxış: 6 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova da jurnalistlərə hörmətsizlik edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  hadisə bu gün Lider TV-nin 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi tədbirdə baş verib.

Belə ki, tədbiri işıqlandırmağa gələn media təmsilçiləri Xalq artistinin qəzəbinə tuş gəliblər. Səhnəyə çıxmağa hazırlaşan Aygün çəkiliş üçün jurnalistlərə qadağa qoyub. O, qələm əhlini sözügedən məkandan çıxardaraq onları görmək istəmədiyini bildirib.

Media təmsilçiləri isə özünü "şou-biznesin divası" adlandıran müğənniyə etiraz edərək məclisi tərk ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Röya Ayxan da jurnalistləri qarşı bənzər münasibəti sərgiləmişdi. Maraqlıdır ki, Röya ilə düşmən olan Aygün mətbuat üzvlərinə qarşı həmkarının seçdiyi yolu davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.