Alim Qasımovun qızı: “Mənə hədiyyə yox, dağlar qoynunda qonaqlıq verdilər” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün əməkdar artist, tanınmış xanəndə Fərqanə Qasımovanın doğum günüdür.
Milli.Az teleqraf.com-a istinadən bu günü təbiət qoynunda qeyd edən xanəndə ilə müsahibəni təqdim edir:
...1979-cu ilin bu günündə anadan olub. 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb. 2002-ci ildən bəri A.Zeynallı adına musiqi məktəbində müəllimədir.
1996-cı ildən başlayaraq atası Alim Qasımovla birgə Heydər Əliyev adına sarayın və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnələrində konsertlər verir. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə iştirak edib.
2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə müstəqil səhnəyə çıxıb.
Hazırda möhtəşəm beynəlxalq layihənin - məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. Avropada Alim Qasımovla birgə dörd albom çıxırıb. İlk müstəqil albomunu olan "Yalnız ona doğru" 2014-cü ildə təqdim olunub.
-Doğum günümü atam, anam, bacım, qardaşım, ailəmlə qeyd edirik. Çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik.
- Sizə nə hədiyyə ediblər?
- Mənə gözəl dağların ətəyində gözəl yeyib-içmək qonaqlığı veriblər.
- Atanız Alim müəllimin xüsusi hədiyyəsi oldumu?
- Alim müəllim bu qonaqlığı təşkil etməklə bizi dağlarda gəzdirməyi hədiyyə elədi. Ona çox minnətdaram.
- Adətən uşaqlar analarına çox fərqli hədiyyələr bağışlayırlar. Övladlarınız sizi necə sevindirdi?
- Rayona gəldik deyə hədiyyə hazırlaya bilmədilər. Mən onlardan gözəl əxlaqdan başqa heç nə ummuram. İstəyirəm ki, əxlaqlı övladlar olsunlar. Qızımın biri rəssamdır. Hər il mənə doğum günümdə öz əl işlərindən birini hədiyyə edir. Uşaq olsalar da hər zaman mənə diqqət göstərirlər. Sağ olsunlar.
- Bu gün özünüzə ən böyük arzunuz?
- Özümə xoşbəxt ana olmağı arzu edirəm. Həm valideynlərim mənə baxıb xoşbəxt olsunlar, həm də mən övladlarıma baxıb xoşbəxt olum. Soyumuz imanla davam etsin.
- Yəqin Şamaxıda dincəlirsiniz.
- Yox. Amma deməyim ki, hardayıq. Sadəcə bilin ki, Azərbaycandayıq, dağların ətəyindəyik.
- Bildiyim qədər qastrol səfərlərindən yenicə qayıtmısınız. Ürəyinizcə oldumu?
- Doğru deyirsiniz, London səfərindən qayıtmışıq. Sentyabrda Alim müəllimin başqa bir səfəri var, ardından isə "Leyli və Məcnun" layihəsi ilə əlaqədar Amerikaya bir aylıq turumuz olacaq. Oktyabrın ortalarında isə İspaniyada konsert verəcəyik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Əməkdar artistin göz yaşları "SEL OLDU" - VİDEO
-
"Mən 1000, o yarım saatlıq toya 2000 manata GEDİR"
-
Əməkdar artist: "Qanı, geni azərbaycanlı deyil"
-
"Friends"in ulduzundan serialla bağlı diqqətçəkən AÇIQLAMA - FOTO
-
Ələkbər Yasamallının gənc qızla görüntüsü MÜZAKİRƏ YARATDI - VİDEO
XƏBƏR LENTİ
-
Evlilikdə ən sadiq qalan 3 bürc
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
Meteor yağışı olacaq
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Qurban Qurbanovun yeni biznesi: Açılışa onlar gəldi
-
Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
-
Tanınmış idmançı güllələndi
-
“Hayal Kahvesi”ndə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO
-
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili barədə rəsmi açıqlama
-
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
-
Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
-
Yayılan virusla bağlı ÜST-dən açıqlama
-
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib - FOTO
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
Əməkdar artistin göz yaşları "SEL OLDU" - VİDEO
-
"Ziraat Bank Azərbaycan" "Human vs AI" mövzusunda tədbirə dəstək oldu
-
Trampdan gözlənilməz etiraf - "Səni sevirəm..."
-
6 ölkədən 1100-dən çox iştirakçı - Bakıda beynəlxalq sənət festivalı
-
İkinci övladının dünyaya gəldiyini belə öyrəndi - VİDEO
-
Buna görə milli komandadan QOVULDU - VİDEO
-
Bakıda məşhur restoranda insanlara at əti YEDİRİRMİŞLƏR - RƏSMİ
-
Çingiz Əhmədov və oğlu da təltif edildi
-
Azərbaycanda su xəttində QƏZA - Ətrafı su BASDI
-
Qəbiristanlığa atılan azyaşlının atası tapıldı





