Şou-biznes

Müğənni Elnur kimi bağışladı və bunun üçün Fransaya niyə getdi? – VİDEO-FOTOSESSIYA

28 Mart 2011 16:11
Baxış: 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Son aylar müğənni Elnur tez-tez həmkarlarının ifa etdiyi mahnılara müraciət edir. Bu mahnılar sırasında Ağadadaş Ağayevin "Sən elə bir zirvəsən", Zülfiyyə Xanbabayevanın "Ayrılığa dözərəm mən", Röyanın "Yenə yaz gələcək" kimi mahnılarını göstərmək olar. Milli.Az xəbər portalının məlumatına görə, Elnur bu mahnılardan birinə ekran həyatı verib. Belə ki, müğənni musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan "Bağışlaram səni" mahnısına Fransada klip çəkdirib. Parisin gəzməli və görməli yerlərinin əks olunduğu klipi müğənni bu günlərdə sevənlərinə təqdim edib. Məlumat üçün bildirək ki, "Bağışlaram səni" mahnısının ifaçıları sırasında xalq artisti Faiq Ağayev və Özbəkistanın tanınmış müğənnisi Nəsibə Abdullayeva var.

Milli.Az xəbər portalı Elnurun "Bağışlaram səni" mahnısına çəkdirdiyi klipi və fotoları təqdim edir:

Leyla
Milli.Az






















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.