Təranə Qumral cinayət məsuliyyətinə cəlb edilə bilər - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19:19
Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazəninin əri Məhəbbət Həsənovla Təranə Qumral arasında olan davanın məhkəmə prosesinə baxılıb.
Bu barədə aznews.az-a M.Həsənovun vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən iclasda M.Həsənovun şikayəti qismən təmin edilib: "Nərimanov rayon Məhkəməsi Təranə Qumralı 5 min manat çərimələmişdi. Bakı Apellyasiya Məhkəməsi isə bu məbləği 3 min manata endirib. Amma onun üzr istəməsi və təkzib verməsi qüvvəsində qalır. Həmçinin müəyyən olunub ki, Təranə xanımın qarşı tərəfin ünvanına işlətdiyi ifadə şərəf və ləyaqətin alçaldılmasıdır".
Vəkil bildirib ki, M.Həsənovun həmin məbləğə ehtiyacı yoxdur: "Onun maddi imkanı kifayət qədərdir. Sadəcə olaraq, bu təzminatın ödənilməsini ona görə istəyir ki, Təranə xanım özündə bir məsuliyyət hiss eləsin. Gələcəkdə efirlərdə çıxış edərkən diqqətli olsun. Kiminsə ünvanına belə sözlər işlədib insanların hissləri ilə oynamasın. Onun bu hərəkətləri əxlaq normalarına da ziddir. Bu məsələ yekunlaşan kimi biz Təranə xanımın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məsələ qaldıracağıq. İstəyirik ki, o, cinayət məsuliyyətinə cəlb olunsun. İnsanlarla belə davranmasın".
Qeyd edək ki, müğənni Təranə Qumral Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarından (5 min manatlıq cərimə) narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
Xatırladaq ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişindən başlayıb. T.Qumral verilişdə Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırıb.
-----------
17:14
Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazəninin əri Məhəbbət Həsənovla digər müğənni Təranə Qumral arasında olan məhkəmə çəkişməsi davam etdirilib.
Qafqazinfo-nun verdiyi xəbərə görə, müğənni Təranə Qumralın vəkili Vasif İsrafilov tərəfindən Nərimanov rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Nərimanov rayon Məhkəməsinin hakimi Fuad Abdıyevin 13 noyabr 2015-ci il tarixli qərarı ilə T.Qumral 5 min manat cərimə olunub. Bununla yanaşı ondan təkzib vermək tələb olunub.
Vəkil Vasif İsrafilov qərardan apellyasiya şikayəti verərək bildirib ki, rayon məhkəməsində qərar Mülki Prosessual Məcəllənin tələblərinin pozulması ilə qəbul edilib: "Məhkəmənin gəldiyi mühüm nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmayıb. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmayıb. Ona görə də həmin qanunsuz və əsassız qətnamə Apellyasiya instansiyasında ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qətnamə qəbul edilməlidir".
Məhkəmənin qərarı ilə vəkil V.İsrafilovun şikayəti qismən təmin edilib. Təranə Qumral 3 min manat cərimə olunması barədə qərar verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
XƏBƏR LENTİ
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov





