Şou-biznes

Verilişi bağlanan Mikayıl: "Yəqin, belə də lazımdır" - YENİLƏNİB

23 Yanvar 2016 13:38
109 Şərh     Baxış: 15 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:38

"Sevimli şou"nun aparıcısı Mikayıl Güləddinoğlu verilişin bağlanması xəbərinə münasibət bildirib. 

Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir: "Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır".  

-----------

13:23

"Space" telekanalında yayımlanan "Sevimli şou"nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: "Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq".
 
Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: "Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.