Şou-biznes

Yaşar: "Mən onunla sevgili deyiləm"

1 İyul 2015 10:56
7 Şərh     Baxış: 10 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Yaşar Cəlilov prodüseri Vüsalə Kərimova ilə haqlarında yayılan şayiələrə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı aparıcı ilə sevgili olmaları söz-söhbətlərinə belə cavab verib:

"Çoxdandır susduğum bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Vüsalə Kərimova ilə sevgili deyiləm. Yazdıqlarınıza, dediklərinizə, danışdıqlarınıza diqqət edin. Bu söhbətlərdən iyrənirəm. Bezmişəm... Daha doğrusu, bezdirmisiniz.

Öz işlərinizlə maraqlanın. Biz Vüsalə xanımla 4 ildir ki, müğənni-prodüser kimi fəaliyyət göstəririk. Həm də ailəvi dostuq. Hər müğənni işlədiyi prodüseri ilə münasibətə girməməlidir.

Ağzınıza gələni danışmayın. Bir də mənə bu məsələ ilə bağlı heç nə deməyin, soruşmayın. Əks təqdirdə acı cavab alacaqsınız. Özünüzə və qarşınızdakına hörmət edin. Bu mənim sizə son xəbərdarlığımdır. Artıq-əskik yazanla başqa cür danışacam. Tanışlardan sözü olan nömrəmi bilir. Özümə yazsın, cavabını verim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.