Şou-biznes

Müğənni Sevda ana oldu - YENİLƏNİB

27 Fevral 2015 13:58
13 Şərh     Baxış: 21 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:58

ATV.az-a açıqlama verən S. Sanaliyeva deyib: "Hə, oğlum oldu. Yarım saat əvvəl gözəl gözlərini açdı, dünyaya gəldi. Özüm narkozluyam, amma balam sap-sağlamdır. Şükür Allaha. Allah bütün analara bala qismət etsin".

---------
13:30

Azərbaycanın tanınmış rəqqasə və müğənnilərindən daha biri övlad sevinci yaşadı. Rəqqasə ilk dəfə ana olub.

Anspress-in məlumatına görə, Sevda Sanəliyevanın ilk körpəsi dünyaya gəlib.
Doğulan körpə oğlandır.

Bu barədə rəqqasənin sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.

Xatırladaq ki, S.Sanəliyeva ötən ilin yay aylarında ailə qurub. O, həyat yoldaşı və toyunu uzun müddət mediadan gizli saxlasa da, sonradan mərasimdən olan fotolarını paylaşmışdı.

S.Sanəliyeva daha çox rəqqasə kimi tanınıb. Sonradan isə müğənnilik həyatına addım atıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.