Şou-biznes

Əməkdar artist onları bəyənmədi

17 Yanvar 2015 14:00
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Cavan Zeynallı yeni yaranan qrupların repertuarını bəyənmir
Axşam.az-ın məlumatına görə, caz ifaçısı bu haqda "Star life" verilişinə açıqlamasında deyib. C.Zeynallı efirlərdə az görünməsinin səbəbini də açıqlayıb:

"Kanallar çoxdur, hamısına getmək mümkün deyil. Mən 6 ildir İncəsənət Universitetində çalışıram, tələbələrim var. Gecə klublarda oxuyuram. Son vaxtlar yaranan qrupları tanımıram. Üç-dörd nəfər yığışıb ritmik mahnı oxumağa başlayır. Bir il sonra da ayrılıb solo ifa edirlər. Keçmişin mahnıları kimi bəstələr yoxdur. Ancaq çalışırlar ritm olsun.

Bu da toy mahnılarıdır. Axı toy və səhnə fərqlidir. "Şeron" qrupu çox xoşuma gəlirdi, ciddi mahnıları var idi. Bir müddət sonra mən də qrup yaradacam: "Cavan və cavanlar". Fərqli, hər şeyi yerində olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.