Şou-biznes

Aygün Kazımova qalmaqallı məhkəmədə uduzdu

14 Yanvar 2015 12:14
8 Şərh     Baxış: 4 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı "Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair" iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə kollegiyasının yekun qərarı ilə Nəsimi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, xalq artistinin iddiası qəbul edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir.

Qətnamədən narazı qalan xalq artisti apellyasiya şikayəti vermişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.