Şou-biznes

Könül Kərimova oğluna görə Yeni il planlarını dəyişdi

27 Dekabr 2014 15:47
1 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Könül Kərimova Yeni ili əsgərlərlə qeyd edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Star life" verilişinə açıqlama verən ifaçı bayramı xaricdə keçirməyi arzulasa da, alınmayıb:

"Həmişə evdə keçirməyə üstünlük verirəm. Amma düşünürdüm, bu il xaricə gedib, orada qeyd edəcəm. Alınmadı. Oğlum əsgərdir. Ondan uzaqda olmaq istəmədim. Bayramı əsgərlərlə keçirəcəm".

"Yeni ildə nə cür hədiyyə istəyərsiniz" sualına isə K.Kərimova belə cavab verib:

"Həmişə arzulamışam ki, mənə gülən Qar qız versinlər. Həmişə baxanda gülüş görüm. Son günlər gülüşə çox ehtiyacım var. İnsan hər şeyə tez qapılır. Bu cür olmaq istəmərəm. Nə problem olursa, gülüşlə ötüb keçsin istəyirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.