Şou-biznes

Zülfiyyə Xanbabayeva: "Yazsa, oxuyarıq"

27 Dekabr 2014 23:12
2 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Albomum üzərində iş gedir. Yeni ildə çıxaracam albomumu. Orada eşitdiyiniz mahnılarla yanaşı, yeni mahnılar da olacaq".

Milli.Az anspress-ə istinadən bildirir ki, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Müğənni həmkarı Emin Ağalarovla yeni duet oxuyacağı barədə suala "Mən Eminin özü yazdığı mahnını onunla duet oxumaq istəyirəm. Bu bərədə onunla danışmışıq. Nə vaxt yazsa, o zaman oxuyarıq", - deyə cavab verib.

Z. Xanbabayeva Yeni ili ailəsi ilə Bakıda qeyd edəcək. Bunun əsas səbəbi kimi də Heydər Əliyev Fondunun 3 gün uşaqlar üçün təşkil etdiyi "Yolka" bayramında iştirak edəcəyini göstərib.

Xalq artisti qarşıdan gələn Yeni il münasibətilə təbriklərini də çatdırmağı unutmadı:

"Gələn il münasibətilə hər kəsi ürəkdən təbrik edirəm. Düşərli, xeyirli, ruzi-bərəkətli, həm də sülh və əmin-amanlıq ili olsun. Gələn ildə insanlar bir-birinin dəyərini bilsinlər. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmişə həmrəy olaq, əziz azərbaycanlılarımız!"
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.