Şou-biznes

Manaf Ağayev: "Mən elə qızlar tanıyıram ki..."

13 Oktyabr 2014 20:05
6 Şərh     Baxış: 5 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni Manaf Ağayev "Düzünü desək" verilişində kreditlə maşın sürən müğənnilərdən danışıb.
 
"Mən elə qızlar tanıyıram ki, elə avtomobil sürürlər, insan çaş-baş qalır. Heç bir yerdə işləmir. Ya da qızlar ailə həyatı qururlar. Rəfiqəsi bahalı restoranda toy etdiyi üçün ayağını dirəyib o da orada toy etdirmək istəyir. Oğlan da buna razı olur. İndiki oğlanların çoxu ilk gündən küyə gedir. İnsanın ağlı varsa, bunu etməz. Ağıllı olmaq lazımdır. Vallah, mən metroya da minmişəm. Anamın qarnından maşından gəlməmişəm. Fəxr edirəm ki, "opşiteldə" yaşamışam. Bir faktı açıqlayım, müğənnilərin hal-hazırda 99 faizi kreditlə maşın sürür".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.