Şou-biznes

Natavanın "erməni məsələsi" Apelyasiyaya göndərildi

25 Sentyabr 2014 15:11
2 Şərh     Baxış: 2 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) və klipmeyker Zöhrab Ağayev ("Zoruk") arasındakı məhkəmə çəkişməsi - erməni qalmaqalı Bakı Apelyasiya Məhkəməsinə gedir
Bu barədə aznews.az-a Tarix Əliyevin vəkili R.Mərəndskiy məlumat verib. O, bildirib ki, bu məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin çıxardığı qərarı qərəzli olub:

"Biz bu məhkəmənin qərarından apelyasiya şikayəti vermək qərarına gəldik. Hələ qətnamə bizə təqdim olunmayıb. Olunan kimi məsələ Apelyasiya məhkəməsinə gedəcək. Qərarda göstərildi ki, Tolik Natavana ermənisifət dediyinə görə, bu, onun şərəf və ləyaqətinə toxunulmuş hesab edilir. Ona görə Tolik İnstagram səhifəsində Natavandan üzr istəməlidir. Biz isə bununla razı deyilik".

Vəkil deyir ki, onlar erməni sözünü təhqir kimi qəbul etmirlər: "İnstagram səhifəsi onun şəxsi mülkiyyətidir. Onu bağlaya və aça bilər. Məhkəmə onu necə məcbur edə bilər ki, sən bu səhifədə üzr istə? Təzminat məsələsini sübuta yetirə bilmədikləri üçün ondan imtina etdilər. Onlar 25 min manat təzminat istəyirdilər. Son prosesdə bundan imtina etdilər".

Qeyd edək ki, müğənni Natavan Həbibi prodüser Tolik və klipmeyker Zöhrab Ağayevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar məhkəməyə müraciət edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.