Şou-biznes

Günay İbrahimli xəyanətdən danışdı

27 Avqust 2014 20:03
1 Şərh     Baxış: 2 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Günay İbrahimli xəyanətdən danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi əməkdaşımızla söhbətində belə bir halla rastlaşdığını etiraf edib: "Xəyanət sözü çoxlarına adi görsənsə də, əslində çox ağır və hər adamın qaldıracağı yük deyil.

Xəyanəti görəndən sonra insanlara güvənmək çətin olur. Bir dəfə o zərbəni alan adam inamsızlaşır. Həm dostluqda, həm də sevgidə mənə xəyanət edilib. Kiməsə bunu etdiyim yadıma gəlmir. Özümə rəva bilmədiyimi başqasına yaraşdırmaram.

Xəyanəti bağışlamaq olmur. Bağışlasan da, içindəki şübhələri heç vaxt unuda bilmirsən. O isə nə vaxtsa həyatında problem yaradacaq. Hərdən qadınların xəyanət etdiklərini eşidirik. Bu hərəkət bir yana, heç o kəlməni də qadınlara yaraşdırmıram. Qadın və xəyanət sözlərinin yan-yana hallanması belə pisdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.