Şou-biznes

Azərbaycanlı vizajist avtomobil qəzasına düşdü

27 Avqust 2014 14:13
3 Şərh     Baxış: 4 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın tanınmış stilist-vizajisti Vəfa İbrahimzadə avtomobil qəzasına düşüb
Milli.Az xəbər verir ki, vizajistin avropa.info-ya verdiyi məlumata görə, hadisə aeroport yolunda baş verib. Vizajist bildirib ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfildən təkəri partlayıb. Bundan sonra avtomobil aşıb. Qəza nəticəsində V.İbrahimzadə ciddi bədən xəsarəti alıb.

V.İbrahimzadə deyib ki, avtomobildə onun ailə üzvləri də olublar. Qəzada vizajistin qızının daxili orqanları zədələnib və əməliyyat olunub.

V.İbrahimzadə deyib ki, hal-hazırda qızının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Vəfa İbrahimzadə Avroviziya beynəlxalq mahnı müsabiqəsində stilist-vizajist kimi iştirak edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.