Şou-biznes

Afaq Gəncəli valideynlərindən şikayətləndi

27 Avqust 2014 13:12
8 Şərh     Baxış: 3 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aparıcı Afaq Gəncəli oğlu Qədirxandan danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Nə varsa" verilişində qonaq olan aparıcı oğlunun hər istəyini yerinə yetirdiyini bildirib:

"Oğlumla hər zaman diqqətli davranıram. Çalışıram, ona şəxsiyyət kimi yanaşım. Söz verirəmsə, edirəm. Çünki mən valideynlərimdən başqa cür münasibət görmüşəm. Uşaqlıqda piano istəyirdim. Söz vermişdilər ki, alacaqlar, ancaq sonra bəhanə etdilər ki, ev balacadır, fikrin dərslərdən yayınacaq... Hələ də mən o pianonu gözləyirəm. Bilirəm, gözləmək nə deməkdir.

Bu günlərdə oğlum məndən "Playstation" disk istədi. Bir gün almadım. Dedim, oğlum bağışla, mağazanın yanından keçdim, amma yadımdan çıxdı. Dedi, ana, mən sənə inanıram. Amma səhər mütləq alıb apardım. İstəmirəm, oğlumun mənə olan inamı itsin. Yoxsa, yanında ana, valideyn kimi hörmətim qalmayacaq. Münasibətlərimiz qaydasında olsun. O mənə sirrini deməkdən qorxmasın".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.