Şou-biznes

Nurəddin Mehdixanlının qızı: "İstəmirəm övladım atamın və mənim yolumu davam eləsin"

30 İyul 2014 15:11
3 Şərh     Baxış: 3 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"O böyüyəndə həkim olmaq istəyir"
Gənc aktrisa qızından danışdı.

Milli.Az xəbər verir ki, gecce.az-a açıqlama verən gənc aktrisa Kəmalə Quliyeva bildirib: 

"Qızım hal-hazırda 3-cü sinifdə oxuyur. Fatimə sinifdə "əlaçı" şagirdir. Müəllimləri də ondan narazı deyillər. Qızım hər zaman mənə evdə söyləyir ki, ana, böyüyəndə həkim olacam. Mən istəmirəm qızım atamın və mənim yolumu davam eləsin. Oxusun, millətinə layiqli övlad olsun.

Xəstələri sağaltsın, xeyirxah biri olsun. Mən də bundan sonra onun arzusunu, istəyini reallaşdırmaq üçün əlimdən gələni edəcəm. Bir övladım var. Allah bütün övladları saxlasın. Amma gələcəkdə fikrini dəyişsə, başqa sahədə özünü görmək istəsə, yenə qarışmayacam.

Qeyd edək ki, Kəmalə Quliyeva xalq artisti Nürəddin Mehdixanlının qızıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.