Şou-biznes

Rəqqasə Fatimənin evindən FOTOlar yayıldı

30 İyul 2014 12:21
7 Şərh     Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyeva evinin qapılarını "Şou+" verilişinə açıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, suvenir kolleksiyası toplayan sənətçi mənzilindəki sevimli guşəsindən danışıb:

"Anam mənə o qədər cehiz yığıb ki... O vaxt hamısını Rusiyadan gətirirdilər. Hələ də onları saxlayıram. Evimdə özümə aid bir guşəm var - qarderob otağım. Ora mənim nağılım, həyatımın önəmli hissəsidir. Libaslarımı yığdığım həmin otaqda həm də məşq edirəm. Paltarlarımı kimsə istəyəndə heç bir dəfə geyinmək üçün də vermirəm".

Fatimə aksessuar həvəskarı olduğunu bildirib:
 
"Aksessuarlara çox pul xərcləyirəm. Bir dəfə Hindistana getmişdim. Qayıdanda bir çamadan aksessuar alıb gətirmişdim. Gömrükdə məni saxladılar, keçməyə qoymadılar. Elə bildilər ki, satmağa aparıram. Axırda güclə sübut etdim ki, onları özüm üçün almışam".

Fatimənin evindən fotoları təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.